NATO bu ay Avropada son 25 ilin ən böyük təlimlərinə başlayacaq

NATO bu ay Avropada son 25 ilin ən böyük təlimlərinə başlayacaq
# 18 mart 2021 16:38 (UTC +04:00)

NATO bu ay Avropada son 25 ilin ən böyük çoxmillətli hərbi təlimlərinə başlayacaq.

APA-nın xəbərinə görə, 30 müxtəlif təlim zonasında keçirilməsi nəzərdə tutulan "Defender-Europe 21" adlı hərbi təlimlərdə 27 ölkədən 30 minə yaxın hərbçi iştirak edəcək.

Hərbi təlimlər 12 ölkədə ABŞ-ın Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin əsas elementlərinin də iştirakı ilə baş tutacaq. ABŞ-ın rəhbərliyi ilə keçirilən hərbi təlimlərin məqsədinin ABŞ, NATO və tərəfdaş ölkələr arasında strateji və əməliyyat hazırlığı, qarşılıqlı əməliyyat qabiliyyəti inşa edilməsi olduğu bildirilir. "Defender-Europe 21" iyunda başa çatacaq. Hərbi təlimlərdə Gürcüstan da iştirak edəcək.

Qeyd edək ki, 40 minədək hərbçinin iştirakı ilə keçirilməsi planlaşdırılan ötən ilki "Defender-Europe 20" təlimləri mart ayının ortalarında, yeni növ koronavirus pandemiyası səbəbi ilə başladıqdan bir qədər sonra təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR