Nyu-Yorkda polisin cavab atəşi nəticəsində yaralanan naməlum şəxs xəstəxanada dünyasını dəyişib

Nyu-Yorkda polisin cavab atəşi nəticəsində yaralanan naməlum şəxs xəstəxanada dünyasını dəyişib
# 14 dekabr 2020 04:05 (UTC +04:00)

Nyu-Yorkda kilsə yaxınlığında odlu silahdan atəş açan naməlum şəxsi polis cavab atəşi ilə ağır yaralayıb.

APA-nın xəbərinə görə, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Hadisə Milad tamaşasından sonra Harlemdəki “İonna Boqoslova” kilsəsinin yaxınlığında baş verib. Atəş açan şəxsin polis tərəfindən saxlanıldığı bildirilir. Onun çantasından qabla dolu benzin, bıçaq və Bibliya kitabı tapılıb.

Yaralı xəstəxanaya yerləşdirilsə də onun həyataını xilas etmək mümkün olmayıb.

Digər itkilər barədə məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR