Pompeo: "İran, Venesuela və KXDR-ə edilən humanitar yardımlara sanksiya tətbiq edilməyəcək"

Pompeo: "İran, Venesuela və KXDR-ə edilən humanitar yardımlara sanksiya tətbiq edilməyəcək"
# 09 aprel 2020 03:11 (UTC +04:00)

ABŞ-ın sanksiyaları İran və Venesuelaya edilən humanitar yardımlara şamil olunmayacaq, Vaşinqton bu dövlətlərə belə bir təklif irəli sürüb.

APA “TASS”-a istinadən xəbər verir ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeo bir neçə mətbu orqana müsahibəsində belə bir açıqlama ilə çıxış edib.

“Humanitar yardım zamanı hər iki halda İrana və Venesuelaya qarşı, xüsusilə də koronavirusdan çox əziyyət çəkən İrana qarşı sanksiyalar şamil edilməyəcək. ABŞ İrana və Venesuelaya humanitar yardım təklifi edib. Bu, həmçinin Şimali Koreyaya da aiddir”, - Pompeo belə deyib.

Əslində vəziyyət elə bir yerdədir ki, İrana yardım etmək istəyən ölkələr bunu ediblər. Buna görə də hesab edirik ki, mövcud sanksiyalar tamamilə mütənasib olaraq icra edilir. Söhbətin humanitar böhrandan getdiyini yaxşı başa düşürük”, - deyə dövlət katibi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR