Pompeo İraqın yeni Baş Nazirinin hansı halda ABŞ-dan dəstək alacağını açıqlayıb

Pompeo İraqın yeni Baş Nazirinin hansı halda ABŞ-dan dəstək alacağını açıqlayıb
# 18 mart 2020 04:37 (UTC +04:00)

İraqın yeni Baş Naziri Adnan əz-Zurfi ölkənin suverenliyini, korrupsiyaya qarşı mübarizəni və insan haqlarına hörməti birinci yerə qoyacağı təqdirdə ABŞ-dan dəstək alacaq.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.

“İraqlılar İraqın suverenliyini dəstəkləyən, adi ehtiyaclarını təmin edən, korrupsiyaya bulaşmayan və insan haqlarını qoruyan hökumətin bərqərar olmasını istəyirlər. Yeni təyin olunmuş Baş Nazir Adnan əz-Zurfi bu maraqları birinci yerə qoysa, ABŞ və beynəlxalq birliyin dəstəyini qazanacaq”, - deyə Pompeo yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR