Pompeo Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə hərbi bazadakı silahlı insidenti müzakirə edib

Pompeo Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə hərbi bazadakı silahlı insidenti müzakirə edib
  • Clock-gray 06:18
  • calendar-gray 08 Dekabr 2019

ABŞ dövlət katibi Maykl Pompeonun şənbə günü Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhan Al Saud arasında telefon danışığı olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o, öz "twitter" səhifəsində bildirib.

"Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Əl Səud ilə Pensakola hərbi bazasında baş vermiş silahlı insident zamanı üç nəfərin ölümü ilə bağlı müzakirələr apardıq" – deyə, Pompeo qeyd edib.

Xatırladaq ki, cümə günü Səudiyyə Ərəbistanı vətəndaşı ABŞ-ın Florida ştatındakı Pensakola hərbi hava bazasında üç nəfəri güllələyib, 8 nəfər yaralayıb. 

 

Rəşad Sarıyev

Digər xəbərlər