Sorğu: Üç ABŞ vətəndaşından ikisi Trampın yenidən prezident seçiləcəyinə inanır

Sorğu: Üç ABŞ vətəndaşından ikisi Trampın yenidən prezident seçiləcəyinə inanır
# 12 fevral 2020 07:18 (UTC +04:00)

ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampın bu il noyabrın 3-də keçiriləcək Prezident seçkilərində qalib gələcəyinə inanır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Monmut Universiteti Sosioloji tədqiqat xidmətinin apardığı sorğunun nəticələrində qeyd olunur.

Universitetin məlumatına görə, respondentlərin 27%-i Trampın yenidən prezident seçilməsinə inanır. Sorğuda iştirak edənlərin 39%-i isə onun yenidən seçiləcəyini ehtimal edir.

Hər beşinci sorğu iştirakçısı (22%) Trampın postu itirməsini ehtimal edib. Respondentlərin yalnız 6%-i Demokratların namizədinin seçkidə qalib gələcəyinə inamlarını ifadə edib.

Respublikaçılar Partiyasının tərəfdarları Trampın qələbə şanslarını xüsusilə yüksək qiymətləndiriblər: “Sorğuda iştirak edənlərin 59%-i Trampın mütləq seçkidə qalib gələcəyini deyir, 34%-i onun qələbəsini ehtimal edir”.

Sorğuda iştirak edən Demokratlar arasında yalnız 11% Demokratlar tərəfindən irəli sürülən namizədin seçkilərdə Trumpı üstələyəcəyini bildirib. Digər 44% isə ehtimal edib ki, Tramp məğlub ola bilər.

Anket nəticələrini şərh edən Monmut Universitetinin Sosioloji tədqiqat xidmətinin rəhbəri Patrik Murrey deyib ki, çoxunun Trampın prezident kimi fəaliyyətinə şübhə ilə yanaşmasına baxmayaraq, onun reytinqinin impiçment prosesi boyunca sabit qaldığını nəzərə alaraq, az adam qarşıdakı seçkilərdə məğlub olacağına inanır.

Qeyd edək ki, fevralın 6-dan 9-dək keçirilən sosioloji sorğuda 902 nəfər iştirak edib. Patrik Murreyin fikrincə, sorğunun nəticələr ilə real nəticələr arasında 3,4% fərq ola bilər.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da 59-cu Prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR