Tramp Baydeni ABŞ-ı müharibəyə sürükləməkdə ittiham edib

Tramp Baydeni ABŞ-ı müharibəyə sürükləməkdə ittiham edib
  • Clock-gray 08:30
  • calendar-gray 01 Mart 2021

ABŞ-ın sabiq prezidenti Donald Tramp hesab edir ki, Ağ Evin hazırkı rəhbəri Co Bayden administrasiyası ölkəni hərbi konfliktlərə sürükləyir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp bazar günü Florida ştatının Orlando şəhərində ABŞ-ın mühafizəkar dairələrinin konfransında çıxış edərkən bildirib.

“Mən vəzifəmdən getdikdə, əslində sonsuz müharibələri dayandırdıq. 19 il Əfqanıstanda və biz burada hərbi mövcudluğumuzu, demək olar ki, sıfıra endirdik və indi eşidirəm ki, yeni administrasiya geriyə Əfqanıstana qayıtmaq istəyir”, - deyən Tramp son bir ildə Əfqanıstanda bir ABŞ əsgərinin belə ölmədiyini qeyd edib.

O, həmçinin əlavə edib ki, öz prezidentliyi dövründə Yaxın Şərqdə sülh müqavilələri imzalanıb, halbuki, “heç kim düşünə bilməzdi ki, bu, mümkün ola bilər”.

apa-logo-mini

Digər xəbərlər