Tramp Belarusda vəziyyəti qorxunc adlandırıb

Tramp Belarusda vəziyyəti qorxunc adlandırıb
# 17 avqust 2020 18:48 (UTC +04:00)

"Belarusda vəziyyət qorxuncdur".

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, Belarusdakı vəziyyəti yaxından izlədiyini əlavə edib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra nəticələrə etiraz olaraq nümayişlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR