Tramp İraq və Əfqanıstanda 2,5 min ABŞ hərbçisi saxlamaq niyyətindədir

Tramp İraq və Əfqanıstanda 2,5 min ABŞ hərbçisi saxlamaq niyyətindədir
# 17 noyabr 2020 00:39 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp administrasiyası Əfqanıstan və İraqdakı Amerika hərbi kontingentinin sayını azaltmaq niyyətindədir. Administrasiya hər iki ölkədə 15 yanvar tarixinədək 2,5 min əsgər saxlamağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Bildirilir ki, bu həftə ərzində ABŞ hərbçilərinin daha bir qrup hissəsinin çıxarılması üçün əmr verilə bilər. Hazırda Əfqanıstanda 4,5 min, İraqda isə 3 min ABŞ hərbçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR