Tramp əmək vizalarına məhdudiyyətin müddətini uzadıb

Tramp əmək vizalarına məhdudiyyətin müddətini uzadıb
# 01 yanvar 2021 16:14 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp bir sıra kateqoriyalar üzrə əmək vizalarına qoyulan məhdudiyyətlərin müddətini uzadıb.

APA-nın “Fox News” telekanalına istinadən verdiyi məlumata görə, ABŞ Prezidentinin sərəncamına əsasən, yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində əmək vizalarının verilməsinə qoyulan məhdudiyyətin müddəti 2021-ci il martın sonuna qədər uzadılıb.

Ağ Evin yaydığı məlumatda bildirilir ki, bu addım pandemiya ilə əlaqədar artan kəskin işsizlik fonunda bu dövrdə amerikalı işçilər üçün iş imkanlarının yaradılması baxımından vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR