Tramp tez bir zamanda Çinə səfər edəcək

Tramp tez bir zamanda Çinə səfər edəcək
  • Clock-gray 21:56
  • calendar-gray 15 Yanvar 2020

ABŞ Prezidenti Donald Tramp ikitərəfli iddiaların həlli ilə bağlı ticarət razılaşmasının birinci mərhələsində ABŞ-Çin sazişinin imzalanmasına qarşılıq vermək” üçün yaxın vaxtlarda Çinə səfər etməyə hazır olduğunu bildirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, iki ölkə arasında ticarət razılaşmasının birinci mərhələsində sazişin imzalanması ilə bağlı keçirilən tədbir zamanı deyib.

“Çox yaxın gələcəkdə qarşılıqlı razılığa gəlmək üçün Çinə gedəcəyəm”, - deyə Tramp bildirib.

Amerika lideri ÇXR-in sədri Si Tsinpinin mərasimin yayımını “canlı izlədiyini” qeyd edib: “Bu gün biz vacib bir addım atırıq – əvvəllər Çin ilə əlaqədar bu istiqamətdə belə bir şey olmayıb – ədalətli və qarşılıqlı faydalı ticarətin gələcəyi naminə tarixi ticarət sazişinin birinci mərhələsinə imza atırıq”.

Əməliyyatın təfərrüatları hələ açıqlanmayıb. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kudlou bundan əvvəl deyib ki, Pekinin ölkələr arasında ticarət razılaşmasının birinci mərhələsində göstərilən öhdəliklərə necə əməl edəcəyinə əmin olmaq üçün ABŞ Çindən gələn bir sıra mallara görə rüsumları saxlayacaq. ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin də Çin mallarına görə rüsumların Çin ilə ticarət sazişinin ikinci mərhələsi ilə bağlı razılığa gələnə qədər qüvvədə qalacağını söyləyib.

Sənədin imzalanmasından 30 gün sonra ABŞ-ın Çin məhsullarına rüsumlarının azaldılması gözlənilir.

apa-logo-mini

Digər xəbərlər