Vaşinqton meri Milli Qvardiyanın paytaxtdan çəkilməsini tələb edib

Vaşinqton meri Milli Qvardiyanın paytaxtdan çəkilməsini tələb edib
# 05 iyun 2020 07:18 (UTC +04:00)

Vaşinqton meri Myuriel Bouzer ABŞ-ın digər bölgələrindən gələn Milli Qvardiya kontingentinin şəhərdən çəkilməsini tələb edib.

APA-nın məlumatına görə, mer mətbuat konfransında paytaxta gətirilən hərbçilərin şəhərdən çıxarılması istəyində olduğunu bildirib.

Onun sözlərinə görə, Vaşinqton hakimiyyəti şəhərdə ictimai qaydanı təmin etmək üçün əlavə qüvvələr tələb etməyib.

Xatırladaq ki, mayın 25-də afrroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsi kütləvi iğtişaşlara səbəb olub. ABŞ rəhbərliyi Milli Qvardiya qüvvələrinin etiraz aksiyalarının yatırılmasına cəlb edilməsi haqda göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR