Vaşinqtonda atışmada 1 nəfər ölüb, 21 yaralıdan 7-nin durumu ağırdır

Vaşinqtonda atışmada 1 nəfər ölüb, 21 yaralıdan 7-nin durumu ağırdır
# 09 avqust 2020 18:37 (UTC +04:00)

Ötən gecə Vaşinqtonun cənub-şərqində atışma zamanı 21 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “The Washington Post” şəhər polisinə istinadən məlumat yayıb.

Hadisə yerli vaxtla saat 00.30 radələrində baş verib. Bir neçə silahlı şəxs kütləyə atəş açıb. Polis hələlik ehtimal olunan şübhəlilər barədə məlumat yaymayıb, gün ərzində əlavə məlumat veriləcək. Yaralılardan 7 nəfərin durumu ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR