Venesuelada növbəti elektrik enerjisi böhranı baş verib

Venesuelada növbəti elektrik enerjisi böhranı baş verib
  • Clock-gray 09:54
  • calendar-gray 19 Yanvar 2020

Venesuelada növbəti elektrik enerjisi böhranı baş verib.

APA-nın xəbərinə görə, bu barədə “Netblocks” monitorinq agentliyi “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Yanvarın 18-də yerli vaxtla saat 09.00 radələrində ölkənin şimalında və qərbində,  ümumilikdə 23 ştatdan 16-da enerji təchizatında elektrik enerjisi təchizatında problem yaranıb.  İndiyə qədər Taçira ştatında abonentlərin 14 faizini, Merida ştatında 23 faizini və Karabobo ştatında 45 faizini yenidən elektrik enerjisi ilə təmin etmək mümkün olub.

Elektrik enerjisində yaranan fasilə ölkənin 5 ştatında internetlə bağlı problemlərə yol açıb.

Qeyd edək ki, keçən ilin mart ayında Venesuelanın 23 ştatından 20-də elektrik enerjisi təchizatı dayanıb və bu problemi bir həftədən tez aradan qaldırmaq mümkün olmayıb.

 

 

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date