BMT Təhlükəsizlik Şurası PKK terrorçuları ilə bağlı narahatlığını bildirib

BMT Təhlükəsizlik Şurası PKK terrorçuları ilə bağlı narahatlığını bildirib
# 17 oktyabr 2019 01:01 (UTC +04:00)


BMT Təhlükəsizlik Şurası Suriyanın şimalında Türkiyə ordusunun həyata keçirdiyi hərbi əməliyyat zamanı PKK terrorçularının sərbəst buraxılmasından narahatlığını ifadə edib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədri, Cənubi Afrika Respublikasının BMT-dəki nümayəndəsi Cerry Metyus Matjila jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Təhlükəsizlik Şurası məlum hərbi əməliyyatlar zamanı BMT tərəfindən terrorçu kimi tanınan PKK qruplaşmasının tərkibindəki yaraqlıların, o cümlədən İŞİD üzvlərinin sərbəst buraxılmasının sabitliyin daha da pisləşməsinə gətirib çıxaracağı ehtimalından narahatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR