Ərdoğan: "Məktubları Trampa qaytardım"

Ərdoğan: "Məktubları Trampa qaytardım"
  • Clock-gray 05:17
  • calendar-gray 14 Noyabr 2019

“Məktubları bu gün Donald Trampa təqdim etdim. Fərhad Abdi Şahinin terrorçu olmasını təsdiqləyən sənədlər o məktublara daxildir”. 

APA-nın NTV televiziyasına istinadla verdiyi məlumata görə, ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirilən mətbaut konfransında ABŞ prezidentinin 9 oktyabrda ona göndərdiyi və Türkiyə siyası cəmiyyətində sərt reaksiya ilə qarşılanan hörmətsiz məktubu nəzərdə tuaraq bildirib. 

Rəcəb Tayyib Ərdoğan Məzlum Kobani kod adı ilə tanınan İnterpolun qırmızı bülletenlə axtarışında olan, 176 ölkənin terrorçu kimi tanıdığı Fərhad Abdi Şahinin ABŞ prezidenti tərəfindən qəbul edilməsini təəssüflə qarşılayıb: “Sizin Mazlum Kobani kimi tanıdığınız terrorçu Fərhad Abdi Şahin terrorbaşı Abdullah Öcalanın mənəvi övladıdır. Kürdlər başqa, terrorçular başqadır. Bizim kürdlərlə heç bir problemimiz yoxdur. Kürdlərin ən çox yaşadığı ölkə Türkiyədir“.

Donald Tramp isə Fərhad Abdi Şahinlə bağlı jurnalistin sualını cavablandırarkən onu kürd olaraq təqdim edib və bu şəxsə münasibətin birmənalı olmadığını deyib.
 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date