Haitidə senator səsvermə zamanı atəş açaraq 2 nəfəri yaralayıb

Haitidə senator səsvermə zamanı atəş açaraq 2 nəfəri yaralayıb
# 24 sentyabr 2019 02:52 (UTC +04:00)

Haitidə prezident Jovenel Moiz tərəfindən iyulun sonlarında təyin olunan baş nazir Fritz Uilyam Mişelin namizədliyi ilə əlaqədar Senatdakı səsvermə zamanı baş vermiş atışma nəticəsində “Associated Press” agentliyinin bir fotoqrafı da daxil olmaqla iki nəfər yaralanıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, insidenti senatorlardan biri tapança ilə tprədib.

“HaitiLibre” portalının məlumatına görə, hadisə zamanı Senat aparatının bir əməkdaşı da yaralanıb. Hər iki zərərçəkənin xəstəxanada olduğu, həyatı üçün heç bir təhlükənin olmadığı qeyd olunur. Silahlı insidenti törədən senator Jan-Mari Ralf Fetye sonradan verdiyi açıqlamasında bildirib ki, bu yolla “parlament binasına girən bir neçə nümayişçidən özünü müdafiə etməyə” çalışırmış.

Baş vermiş hadisə ilə əlaqədar səsvermə mərasimi pozulub, respublika Senatının bu məsələ ilə bağlı yeni iclasının tarixləri hələ müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR