Küveyt əmiri ABŞ-da xəstəxanaya yerləşdirilib

Küveyt əmiri ABŞ-da xəstəxanaya yerləşdirilib
  • Clock-gray 23:15
  • calendar-gray 08 Sentyabr 2019

Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah tibbi müayinə üçün ABŞ-da xəstəxanaya yerləşdirilib. 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bazar günü KUNA agentliyi məlumat yayıb.

Bu səbəbdən əmirin sentyabrın 12-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüş təxirə salınıb.


ABŞ Prezidentinin mətbuat xidmətindən verilən açıqlamada tərəflər Yaxın Şərq bölgəsindəki vəziyyətin inkişafını, təhlükəsizlik mövzusunda əməkdaşlıq və terrorizmlə mübarizəni müzakirə etmək niyyətində olduqlarını bildirib.

Məlumata görə, iki liderin görüşünün yeni tarixi növbəti günlərdə açıqlanacaq.
 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date