Venesuela Prezidenti Nikolas Maduro bu il BMT Baş Assambleyasının iclasında iştirak etməyəcəyini söyləyib.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, onu Nyu-Yorkada vitse-prezident Delsey Rodrigez əvəzləyəcək.
Prezident xalq qarşısında çıxışı zamanı deyib ki, bu il BMT Baş Assambleyasının iclasına vitse-prezident Delsey Rodrigez və xarici işlər naziri gedəcək: “Keçən il Nyu-Yorkda idim, bu il getməyəcəm. Rodriges ABŞ-ın sanksiyalarına qarşı çıxan milyonlarla vətəndaşın imzaladığı məktubu BMT baş katibinə təqdim edəcək”.