Pompeo Afinada Yunanıstanın ABŞ-dan silah alması məsələsini müzakirə edib

Pompeo Afinada Yunanıstanın ABŞ-dan silah alması məsələsini müzakirə edib
# 06 oktyabr 2019 07:53 (UTC +04:00)

Afinada rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Mayk Pompeo Yunanıstan hakimiyyəti ilə müdafiə sahəsində imzalanmış yeni əməkdaşlıq müqaviləsi çərçivəsində Amerika hərbi texnikalarının alınması ehtimalını müzakirə etdiyini bildirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, diplomat həmin danışıqlar barədə Yunanıstanın dövlət telekanalına müsahibəsində deyib.

“Yunanıstanda mövcud olan müxtəlif aparat və proqram təminatlarının müasirləşdirilməsinin mümkünlüyü barədə danışdıq. Biz Amerikanın Yunanıstana hərbi texnika satması ehtimalını və Afinanın həmin texnikanı başqa bir demokratik dövlətdən əldə edə biləcəyi ehtimalını müzakirə etdik. Bu baxımdan çox şey mümkün ola bilər”, - deyə Pompeo qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR