Pompeo: "Brexit"dən sonra ABŞ Böyük Britaniya ilə yeni ticarət razılaşmasına hazırdır"

Pompeo: "Brexit"dən sonra ABŞ Böyük Britaniya ilə yeni ticarət razılaşmasına hazırdır"
# 08 avqust 2019 04:48 (UTC +04:00)

ABŞ Dövlət Katibi Mayk Pompeo "Brexit" prosesi bitdikdən sonra İngiltərə ilə yeni sərbəst ticarət müqaviləsi imzalamaq istədiklərini söyləyib.

APA CNN-ə istinadla xəbər veirir ki, ABŞ Dövlət Katibi Mayk Pompeo Vaşinqtonda İngiltərənin yeni Xarici İşlər Naziri Dominik Raabla görüşdən əvvəl belə deyib.

Pompeo, həmçinin, İngiltərənin Hörmüz boğazında ABŞ-ın təşəbbüsü ilə yaradılan dəniz təhlükəsizliyi təşəbbüsündə iştirak etməsindən də məmnun olduğunu vurğulayıb.

İngilis nazir isə öz növbəsində ölkəsinin baş naziri Boris Conson və onun rəhbərlik etdiyi kabinetin oktyabr ayının sonunda Avropa Birliyini (AB) tərk etmək qərarına gəldiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR