ABŞ-da 5-i uşaq olmaqla, 8 nəfər evdə güllələnib

ABŞ-da 5-i uşaq olmaqla, 8 nəfər evdə güllələnib
# 05 yanvar 2023 09:23 (UTC +04:00)

ABŞ-ın Yuta ştatının cənub-qərbindəki fərdi yaşayış evlərinin birindən 8 meyit tapılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə NBC kanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Meyiti tapılanlardan 5-i uşaq, 3-ü böyükdür. İlkin ehtimala görə, onlar atışma nəticəsində öldürülüb.

Hazırda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR