ABŞ-da məktəbdə atışma nəticəsində 6 nəfər ölüb - VİDEO

ABŞ-da məktəbdə atışma nəticəsində 6 nəfər ölüb - VİDEO
# 27 mart 2023 23:07 (UTC +04:00)

ABŞ-ın Tennessi ştatının Naşvil şəhərində xristian məktəbində atışma nəticəsində üç uşaq və üç yetkinlik yaşına çatmış şəxs ölüb.

APA-nın məlumatına görə, bu barədə Neşvil şəhərinin Polis Departamenti özünün “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı qadın məktəbə atəş açıb. Daha əvvəl Reuters polis sözçüsünə istinadən yeniyetmə qızın atəş açdığını bildirib.

“Polis atəş açan şəxsə qarşı tədbir görüb və nəticədə həlak olub”, - deyə polis idarəsindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR