ABŞ-da meşə yanğınları 1000-ə yaxın evi yararsız hala salıb

ABŞ-da meşə yanğınları 1000-ə yaxın evi yararsız hala salıb
# 02 yanvar 2022 08:23 (UTC +04:00)

ABŞ-ın Kolorado ştatının Boulder dairəsində meşə yanğınları nəticəsində yararsız hala düşən evlərin sayı, yenilənmiş məlumatlara görə, 600-dən 991-ə yüksəlib, üç nəfər itkin olaraq qalır.

APA-nın məlumatına görə, bu barədə şənbə günü Boulder dairəsinin şerifi Co Pelle mətbuat konfransında bildirib.

Pelle qeyd edib ki, mövcud hesablamalara görə, ümumilikdə 991 ev dağılıb, 127 evə ziyan dəyib: "Biz, həmçinin, ən azı üç nəfərin itkin düşdüyünü təsdiqləyə bilərik. Axtarışlar davam edir”.

İlkin versiyaya görə, cümə axşamı səhər Kolorado ştatının Boulder dairəsində elektrik xətlərinin qırılmasından sonra yaranan qısaqapanma səbəbindən meşə yanğınları başlayıb.

Quru ot və küləkli hava alovun sürətlə yayılmasına səbəb olub.

Cümə günü gecə başlayan qar yanğının qarşısını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR