ABŞ-da Yen qasırğası nəticəsində ölənlərin sayı artıb

ABŞ-da Yen qasırğası nəticəsində ölənlərin sayı artıb
# 03 oktyabr 2022 06:01 (UTC +04:00)

ABŞ-ın cənub-şərq ərazilərini vuran yen qasırğası nəticəsində 62 nəfər ölüb, çox sayda xəsarət alan var.

APA-nın xəbərinə görə, bu barədə Florida ştatının rəsmiləri məlumat verib.

Təbii fəlakət nəticəsində bəzi məhəllələr tamamilə dağılıb, elektrik və rabitə xətləri sıradan çıxıb, infrastruktura ciddi ziyan dəyib. Aramsız yağışlar nəticəsində binaların zirzəmiləri su ilə dolub. Bu da xilasedicilətin işini çətinləşdirir.

ABŞ-ın sahil mühafizə xidməti fırtına nəticəsində qəzaya uğrayan gəminin itkin düşmüş 16 sərnişininin axtarışlarını dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR