ABŞ dövlət katibi Ukraynaya səfər edəcək

Entoni Blinken

© APA | Entoni Blinken

# 18 yanvar 2022 14:22 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya səfər edəcək.

APA-nın "ZN.ua"ya istinadən xəbərinə görə, dövlət katibinin səfəri yanvarın 19-da baş tutacaq.

“Danışıqların dəqiq gündəliyi hələ məlum deyil. Bununla belə, ehtimal etmək çətin deyil ki, onlar ilk növbədə Rusiya hərbçilərinin Ukrayna sərhədi yaxınlığından çıxarılması, çəkindirici tədbirlər, əlavə yardım və silahlar, Rusiyanın işğalı faktı olarsa, mümkün sanksiyalar və ümumilikdə Ukraynanın təhlükəsizlik məsələlərini müzakirə edəcəklər”, məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR