ABŞ-ın vitse-prezidenti koronavirusa yoluxub

Kamala Harris

© APA | Kamala Harris

# 26 aprel 2022 21:36 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Kamala Harris koronavirusa yoluxub.

APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə vitse-prezidentin mətbuat katibi Kirsten Allen məlumat yayıb.

Qeyd olunur ki, Kamala Harrisdə xəstəliyin heç bir simptomu görünməyib. Onun son vaxtlar Prezident Co Baydenlə və birinci xanımla yaxın təması olmayıb.

Harris özünü təcrid edəcək və vitse-prezidentin rezidensiyasından işini davam etdirəcək. Vitse-prezident Ağ Evə testin nəticəsi mənfi çıxanda qayıdacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR