ABŞ konqresmenləri Rusiyaya qarşı təcili sanksiyaların tətbiqinə çağırış edib

ABŞ konqresmenləri Rusiyaya qarşı təcili sanksiyaların tətbiqinə çağırış edib
# 19 yanvar 2022 23:08 (UTC +04:00)

Yanvarın 19-da Ukraynaya səfər edən ABŞ Konqresin nümayəndə heyəti prezidenti Co Baydenlə görüşüb.

APA Respublikaçı senatorların yaydığı açıqlamaya istinadən xəbər verir ki, görüş zamanı Co Baydenə Şərqi Avropada gərginliyin artması fonunda baş tutan səfərin nəticələri barədə məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti hər iki partiyanın təmsilçilərindən ibarətdir və Ukrayna ətrafında yaranmış vəziyyətdə ABŞ isteblişmenti prinsipial olaraq vahid mövqedən çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR