İsrailin müharibə kabineti Rəfahdakı əməliyyatın genişləndirilməsini təsdiqləyib

İsrailin müharibə kabineti Rəfahdakı əməliyyatın genişləndirilməsini təsdiqləyib
# 10 may 2024 18:14 (UTC +04:00)

İsrailin müharibə kabineti ordunun Rəfahdakı əməliyyatının genişləndirilməsinə səs verib.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar mayın 9-da gecə müharibə kabinetinin iclasında verilib.

Medianın xəbərinə görə, hərbi əməliyyatların genişləndirilməsində ABŞ-ın xəbərdarlıq etdiyi miqyasdan kənara çıxmamaq da nəzərə alınacaq.

"Axios" xəbər saytı iki mənbəyə istinadən yazıb ki, əməliyyatın miqyası Bayden administrasiyasını narahat etməmək üçün kifayət qədər məhdud olacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden bu həftənin əvvəlində xəbərdarlıq etmişdi ki, İsrail Rəfah şəhərinə genişmiqyaslı hücum edərsə, ABŞ İsrailə bəzi hücum silahlarının göndərilməsini dayandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR