ABŞ NATO rəhbəri postuna namizədlə bağlı qərar verməyib

ABŞ NATO rəhbəri postuna namizədlə bağlı qərar verməyib
# 05 iyun 2023 23:35 (UTC +04:00)

ABŞ 2023-cü ilin payızında boşalacaq NATO Baş katibi postuna kimin namizədliyini dəstəkləyəcəyi ilə bağlı hələ qərar verməyib.

APA xəbər verir ki, bu barədə növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Mənim NATO-nun növbəti baş katibi haqqında deyəcək heç nəyim yoxdur. Prezident ABŞ-ın kimi dəstəkləyəcəyi ilə bağlı qərar verməyib", - Ağ Ev sözçüsü bildirib.

Şimali Atlantika Alyansının hazırkı baş katibi Yens Stoltenberqin mandatı 30 sentyabr 2023-cü il tarixinədək etibarlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR