ABŞ Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaları ləğv edib

ABŞ Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaları ləğv edib
# 15 iyul 2022 00:14 (UTC +04:00)

ABŞ Rusiyaya qarşı sanksiyaların bəzisini ləğv edib.

APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyi təsdiqləyib.

Rusiya ilə kənd təsərrüfatı, energetika, tibb sahələrində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar, eləcə də qeyri-hökumət təşkilatlarının işinə təsir edən əməliyyatlarla bağlı sanksiyalar aradan qaldırılıb.

O cümlədən, ABŞ “Qazprom”un keçmiş törəmə şirkəti “Gazprom Germania GmbH”, eləcə də “Alfa-Bank”ın Qazaxıstandakı törəmə müəssisəsini sanksiyalar siyahısından çıxarıb.

Əməliyyatlar "SEFE Securing Energy for Europe GmbH" ilə dekabrın 16-dək aparıla bilər.

Əvvəllər məhdudlaşdırılmış müəssisə ilə müəyyən qarşılıqlı fəaliyyətə icazə verən oxşar lisenziya 2022-ci ilin may ayına qədər etibarlı idi.

Alfa-Bank-ın Qazaxıstandakı törəmə şirkəti – “SC Alfa Bank” da sanksiyalar siyahısından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR