ABŞ Ukraynaya yeni yardım paketinə “Stryker” zirehli maşınlarını daxil edəcək

ABŞ Ukraynaya yeni yardım paketinə “Stryker” zirehli maşınlarını daxil edəcək
# 19 yanvar 2023 03:16 (UTC +04:00)

ABŞ administrasiyası Ukraynaya cümə günü elan ediləcək növbəti hərbi yardım paketinə bir neçə “Stryker” zirehli döyüş maşını, artilleriya, sursat daxil etmək niyyətindədir. Lakin bu yardıma “Abrams” tanklarını daxil etməyəcək.

APA-nın məlumatına görə, bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin fikrincə, “Abrams”ın göndərilməsindən imtina maddi-texniki çətinliklər və onların saxlanması ilə bağlıdır. Vaşinqton administrasiyası hələlik onları Kiyevə göndərmək fikrində deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR