AFP: Haitidə 38 nəfər əsir götürülüb

AFP: Haitidə 38 nəfər əsir götürülüb
# 11 iyun 2022 07:57 (UTC +04:00)

Haitidə cinayətkar dəstənin üzvləri iki avtobusu qaçıraraq, 36 sərnişin və iki sürücünü əsir götürüb.

APA xəbər verir ki, bu barədə “France-Presse” agentliyi yerli sürücülər assosiasiyasının rəhbərinə istinadən məlumat yayıb.

Məlumata görə, insident Haitinin paytaxtı Port-o-Prinsdən qərbdə baş verib.

Ərazinin iki kilometrlik hissəsi tamamilə silahlı qrupların nəzarətində olduğundan sürücülərə bu yolda hərəkət etməmələri tövsiyə olunur.

Lakin ölkə sakinlərinin heç də hamısının alternativ yol seçmək imkanı yoxdur.

Hadisənin başaq təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, may ayında BMT Haitidə ən azı 200 adam oğurluğu hadisəsi qeydə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR