Ağ Ev Rusiyanı Zaporojye AES-ə nəzarəti Kiyevə qaytarmağa çağırıb

Ağ Ev Rusiyanı Zaporojye AES-ə nəzarəti Kiyevə qaytarmağa çağırıb
# 10 avqust 2022 03:14 (UTC +04:00)

Vaşinqton Rusiyanı Zaporojye Atom Elektrik Stansiyası və ölkədəki digər nüvə obyektləri üzərində tam nəzarəti Kiyevə qaytarmağa çağırır.

APA-nın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

“Biz Rusiyanı Ukraynanın nüvə obyektlərində və ya onun yaxınlığında bütün hərbi fəaliyyətləri dayandırmağa və tam nəzarəti Ukraynaya qaytarmağa çağırış edirik”, - deyə o brifinq zamanı deyib.

Jan-Pyerin sözlərinə görə, Amerika tərəfi Kiyev hakimiyyətinin çətin şəraitdə nüvə təhlükəsizliyini qorumaq öhdəliyini yüksək qiymətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR