Ağ Ev Zaporojye AES-in reaktorlarının müvəqqəti dayandırılmasını təklif edib

Ağ Ev Zaporojye AES-in reaktorlarının müvəqqəti dayandırılmasını təklif edib
# 29 avqust 2022 22:13 (UTC +04:00)

ABŞ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyasının Zaporojye AES-ə səfərini dəstəkləyir və AES-dəki reaktorların müvəqqəti dayandırılmasına çağırır.

APA-nın xəbərinə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz AEBA-nın missiyasının Zaporojye AES-ə səfərini dəstəkləyirik. Rusiya müstəqil ekspertlərin AES-ə maneəsiz girişini təmin etməlidir. Hesab edirik ki, Rusiya Federasiyası stansiya ətrafında demilitarizasiya zonası yaradılmasına razılıq verməlidir. Nüvə reaktorlarının nəzarətli şəkildə dayandırılması da qısamüddətli planda ən az riskli variant olardı” – deyə Kirbi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR