Aqata qasırğası Kubada insan tələfatına səbəb olub

Aqata qasırğası Kubada insan tələfatına səbəb olub
# 04 iyun 2022 08:39 (UTC +04:00)

İntensiv yağışlarla müşayiət olunan Aqata qasırğası Kubanın bir neçə əyalətində həyatı iflic edib.

APA-nın “Le Monde”a istinadla xəbərinə görə, təbii fəlakət nəticəsində azı 3 nəfər həlak olub. 2 nəfərin itkin düşdüyü bildirilir. On minlərlə abonentin elektrik təchizatı kəsilib.

Paytaxt Havanada 60 ev çöküb, 500-dək sakin təxliyə edilib. Havana əyalətində 50 000 abonentin elektrik təchizatı kəsilib. Hadisə yerində xilasedicilər işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR