Blinken Pekində Si Cinpinlə görüşüb

Blinken Pekində Si Cinpinlə görüşüb
# 26 aprel 2024 12:56 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-dən bildirilib ki, “Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalı, "bir-birini incitməkdənsə, uğur qazanmağa kömək etməli, amansız rəqabətə girməkdənsə, ümumi zəmin tapmalıdır”.

ÇXR sədrindən əvvəl Blinken həmkarı Van İ ilə beş saat yarımdan çox görüş keçirib və ABŞ diplomatı bunu “konstruktiv” adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR