ABŞ Prezidenti Co Bayden Kanadanın Baş naziri Castin Trüdo ilə telefonla danışıb.
APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ukrayna qaçqınlarına yardımı artırmaq barədə razılığa gəlinib.