Blinken: “ABŞ Rusiyanın baş verəcək nüvə zərbəsinə qarşı plan hazırlayıb” 

Blinken: “ABŞ Rusiyanın baş verəcək nüvə zərbəsinə qarşı plan hazırlayıb” 
# 26 sentyabr 2022 04:49 (UTC +04:00)

Rusiya nüvə silahından mümkün istifadə ilə bağlı qərar verəcəyi təqdirdə ABŞ hakimiyyətinin planı ilə üzləşəcək.

APA CBS telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

Amerikanın xarici siyasət departamentinin rəhbərinin sözlərinə görə, Ağ Ev Ukrayna münaqişəsinin nüvə fazasına daxil olmayacağını gözləyir.

“Bizim planımız var... ABŞ münaqişənin böyüməsini və genişlənməsinə qarşıdır”, - deyə Blinken bildirib.

Dövlət katibi Moskva ilə birbaşa qarşılıqlı əlaqənin vacibliyini də qeyd edib.

“Moskvanın bizi eşitməsi və nəticələrin dəhşətli olacağını öyrənməsi vacibdir”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR