Cəlilabadda itkin düşən 18 yaşlı oğlan tapılıb

Cəlilabadda itkin düşən 18 yaşlı oğlan tapılıb
# 10 may 2024 12:58 (UTC +04:00)

Cəlilabadda itkin düşən 18 yaşlı oğlan tapılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Cəlilabadın Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyevin Bakı şəhərində olduğu yer müəyyən olunub. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində N. Quliyev tapılaraq qohumlarına təhvil verilib.

Onun 27.04.2024-cü il tarixində yaşadığı evdən çıxıb geri qayıtmadığı açıqlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR