ABŞ zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Türkiyəyə 150-dən çox xilasedici göndərib.
APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinke deyib.
“İndiyədək Türkiyəyə 150 nəfərlik axtarış-xilasetmə heyəti göndərmişik. Ən əlçatmaz ərazilərdə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Türkiyəyə kömək edən Amerika helikopterləri var. Biz Türkiyə hökuməti ilə sıx əlaqə saxlayırıq”, - Blinken bildirib.