Braziliya polisi Rio-de-Janeyronun kasıb məhəllələrində əməliyyat keçirib.
APA-nın xəbərinə görə, ordu ilə birgə keçirilən əməliyyatda məqsəd cinayətkar şəbəkə başçılarından birinin həbsidir. Əməliyyat zamanı cinayətkar qruplaşma üzvü olan 20 nəfər zərərsizləşdirilib.
Yerli medianın xəbərinə görə, hadisə nəticəsində 1 qadın təsadüfən öldürülüb, daha 5 sakin yaralanıb.