Braziliya Prezidentinin Çinə təxirə salınmış səfərinin yeni tarixi açıqlanıb

Braziliya Prezidentinin Çinə təxirə salınmış səfərinin yeni tarixi açıqlanıb
# 31 mart 2023 19:01 (UTC +04:00)

Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın Çinə təxirə salınmış səfərinin yeni tarixi açıqlanıb.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Braziliya Prezidentinin Ofisi məlumat yayıb.

Bildirilib ki, Prezident Silva aprelin 11-14-də Çində səfərdə olacaq.

Xatırladaq ki, Braziliya Prezidenti səhhətindəki problemə görə 27-31 mart tarixlərində Çinə planlaşdırılan səfərini təxirə salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR