Co Bayden Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbulla bağlı narahatlığından danışıb

Co Bayden Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbulla bağlı narahatlığından danışıb
# 23 iyun 2022 02:35 (UTC +04:00)

ABŞ səlahiyyətliləri Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı etirazlarının aradan qaldırılacağına əmindir.

APA xəbər verir ki, bunu Amerika administrasiyasının yüksək səviyyəli nümayəndəsi ABŞ Prezidenti Co Baydenin sözlərinə istinadən deyib.

O bildirib ki, Co Bayden Almaniyada “Yeddilik” qrupunun liderlərinin görüşünə, eləcə də NATO-ya gözlənilən səfərinə həsr olunmuş xüsusi telefon brifinqində bu sözləri deyib.

“Biz Türkiyənin qorxularının aradan qaldırılacağına və müttəfiq olaraq konsensusa gələ biləcəyimizə əminik” , - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR