ABŞ-ın Rusiyadakı yeni səfiri Lin Treysi yaxın günlərdə Moskvaya gələcək.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
“Bildiyim qədər yaxın günlərdə səfir Moskvada missiyaya rəhbərlik edəcək”, - deyə Prays bildirib.
Xatırladaq ki, dekabrın 21-də ABŞ Senatı Linn Treysinin Rusiyaya səfir təyin edilməsini təsdiqləyib.