Dünya Bankının prezidenti iqlimlə bağlı səyləri ikiqat artırmağa çağırır

Dünya Bankının prezidenti iqlimlə bağlı səyləri ikiqat artırmağa çağırır
# 03 iyun 2023 06:55 (UTC +04:00)

Dünya Bankı iqlim və inkişaf sahəsində proqramların həyata keçirilməsində səylərini ikiqat artırmalıdır.

APA xəbər verir ki, bu barədə Dünya Bankının (DB) yeni prezidenti Ajay Banqanın işçilərə müraciətində deyilir.

"Hazırkı məqam bəşəriyyət və planet üçün son dərəcə vacibdir. Dünya Bankı Qrupundan aparıcı rol oynamağa, inkişaf və iqlim sahəsində səylərini ikiqat artırmağa, yeni nəticələr əldə etməyə çağırılır", -deyə Banqa bildirib.

Onun sözlərinə görə, bu vəzifələrin həyata keçirilməsi üçün bütün qüvvələrin tətbiqi tələb olunacaq.

“Bizim hədəflərimizin həyata keçirilməsi resursları maksimum dərəcədə artırmaq və yeni yanaşmalar, yaradıcı düşüncə, ölçülən risk və vətəndaş cəmiyyəti və beynəlxalq institutlarla yeni tərəfdaşlıqlar qurmağı tələb edəcək”, - deyə o qeyd edib.

Dünya Bankının keçmiş rəhbəri Devid Malpas ətraf mühit fəalları tərəfindən dəfələrlə tənqid olunub. Bunun səbəblərindən biri də Malpasın 2022-ci ilin sentyabrında iqlim dəyişikliyinə səbəb olan qalıq yanacaqlardan istifadə etdiyinə inanıb-inanmadığı sualına belə cavab verməsi idi: "Mən heç bilmirəm. Mən alim deyiləm." Nəticədə bəzi tanınmış fəallar Malpası tutduğu vəzifədən getməyə çağırıblar. Onlar həmçinin bildirdilər ki, DB Malpasın rəhbərliyi altında iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə kifayət qədər diqqət yetirmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR