Haitidə 2 jurnalist qətlə yetirilib

 Haitidə 2 jurnalist qətlə yetirilib
# 07 yanvar 2022 07:53 (UTC +04:00)

Haitinin paytaxtında 2 jurnalist silahlı qruplaşma tərəfindən qətlə yetirilib.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərin əməkdaşlıq etdiyi media qurumları məlumat verib. “Radio Ecoute FM”in əməkdaşları Vilqen Lusen və Amadi Con Vesley şəhər ətrafındakı məhəllələrdən birində güllələnib. Onlarla birlikdə olan üçüncü jurnalist qaça bilib.

Haiti ordusunun və polisin təchizatı pis olduğu üçün silahlı qruplaşmalara qarşı mübarizə apara bilmir. Polisin 2 ay əvvəl paytaxtın kriminal məhəllələrindən birinə qarşı keçirdiyi əməliyyatda 4 qanun keşikçisi öldürülüb. Onların meyitlərini bu günədək almaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR