Kanada Parlamentinin binası boşaldılıb

 Kanada Parlamentinin binası boşaldılıb
# 12 iyun 2022 00:46 (UTC +04:00)

Kanadanın paytaxtı Ottavada yerləşən parlament binasındakı insanlar təxliyə olunub.

APA Kanada Radiosuna istinadla xəbər verir ki, polis ehtimal olunan təhlükəyə görə binadakı işçiləri təxliyə edib. Deputatlara isə binaya yaxınlaşmamaq barədə xəbərdarlıq göndərilib. Güc strukturları parlament binasına yaxın məhəllələrdə də əməliyyat keçirib.

Bir neçə saatlıq yoxlanışdan sonra işçilərin binaya qayıtmasına icazə verilib. əməliyyatın səbəbləri barədə ictimaiyyətə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR