ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Ermənistana səfər edib.
APA xəbər verir ki, bu barədə "Sputnik Armenia" mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Amerika kəşfiyyatının rəhbəri bu gün səhər İrəvana gəlib.
Onun burada yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir. Ancaq səfərlə bağlı hələlik rəsmi məlumat yoxdur.