KİV: Peruda hərbi hissədə partlayış baş verib, 20-yə yaxın xəsarət alan var

Peru partlayış

© APA | Peru partlayış

# 07 fevral 2023 09:46 (UTC +04:00)

Peruda hərbi hissə ərazisində partlayış baş verib və nəticədə 20 nəfər yaxın xəsarət alan var.

APA xəbər verir ki, bu barədə yerli RPP radiostansiyası məlumat yayıb.

Perunun cənubundakı Kusko vilayətinin Quilabamba şəhərindəki hərbi bazanın ərazisində baş verən partlayışın ilkin araşdırması zamanı hadisəyə səbəb kimi partlayıcı maddələrin saxlandığı anbarın alışması göstərilib.

Məlumatda qeyd olunub ki, partlayış dalğasından pəncərə şüşələrinin sınması nəticəsində ən azı 5 hərbçi və 14 mülki şəxs xəsarət alıb. Bütün zərərçəkənlərə tibbi yardım göstərilməsi üçün xəstəxanalara yerləşdirilib.

Ümumilikdə hərbi hissəyə yaxın ərazidə 70-ə yaxın evə ziyan dəyib. Hazırda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR